Redaktor seçimi
    Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili... - Naxçıvan İH-dən açıqlama
Xəbər lenti
Reklam
Putindən Qarabağla bağlı MÜHÜM AÇIQLAMA
 
Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrin tənzimlənmə məsələsində bundan sonra da irəliləməyə kömək edəcəyinə ümid etdiyini açıqlayıb.
Gender.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qarabağda Rusiyanın sülhməramlı əməliyyatları barədə iclasda çıxışı zamanı Vladimir Putin qeyd edib ki, Azərbaycan və Ermənistandan olan həmkarları ilə yaxın vaxtlarda hər iki ölkəyə Rusiyanın qurumlararası nümayəndə heyətinin göndərilməsi üçün razılıq əldə olunub.
Rusiya Prezidentinin sözlərinə görə, nümayəndə heyətinin vəzifəsi – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabrda atəşkəsə dair üçtərəfli bəyanatının icrasının aktual, ən vacib məsələlərinin nəzərdən keçirilməsidir.
“Ümid eidrəm ki, keçiriləcək məsləhətləşmələr bu istiqamətlərdə ciddi irəliləyiş əldə etməyə kömək edəcək”, – deyə V.Putin bildirib. \\Pravda.az
Tarix: 20 noyabr 2020
Baxış: 311

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş