Şəhid Ramilin adını üzünü görmədiyi övladı daşıyır - VİDEO
Əslən Qərbi Azərbaycandan olan Abbasovlar ailəsi 1988-ci ildə Qaxın Turaclı kəndinə gələrək orada məskunlaşıblar. Elə bu kənddə dünyaya göz açan Ramil Abbasov kiçik yaşlarından hərbi sahəyə marağı ilə seçilirdi. O, hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə yazılıb və cəbhənin müxtəlif istiqamətlərində xidmət edib. Bu müddətdə çox sayda fəxri fərmanlar, sertifikatlar və yubley medalları ilə təltif olunub. Vətənin qəhrəmanlarına o qədər bağlı olub ki, birinci övladına Mübariz İbrahimovun adını qoyub. Vətən müharibəsində isə Ramil Murovdağın Talış yüksəkliklərindən Suqovuşana qədər gedən döyüşlərdə qəhrəman kimi vuruşub.
O, Suqovuşan uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Sonuncu dəfə yoldaşına zəng edəndə isə övladlarına yaxşı baxmasını istəyib.
Ailəsi xüsusi təyinatlı çavuş Ramil Abbasovun adını üzünü görmədiyi 3-cü övladına qoymaqla yaşadır.