Redaktor seçimi
    Azərbaycanla Türkiyə hərbçilərinin təlimindən GÖRÜNTÜLƏR
Xəbər lenti
Reklam
Terrorçu Mikael Arzumanyan: “Vətəni qorumaq missiyasını yerinə yetirməyə davam edəcəyik. Bizə zaman lazımdır”
 
Erməni separatçılarının tanınmış hərbçilərindən biri olan general-leytenant Mikael Arzumanyan Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətdən danışıb.
Erməni mediasına verdiyi açıqlamada hərbi ekspert erməni xalqını Dağlıq Qarabağdakı silahlı münaqişə ilə bağlı miflərə inanmamağa və reallaşmayan fantaziyalara güvənməyə son qoymağa çağırıb.
O öz açıqlamasında xalqa müraciət edərək vurğulayıb ki, erməni xalqı mif yaymaqdan çəkinməli və həqiqətlə üz-üzə durmalıdır: ÜDedi-qoduya, həqiqətlə heç bir əlaqəsi olmayan miflərə, gerçəkliyin müxtəlif təhriflərinə son qoymaq üçün hamımızın iradəsinə və qətiyyətinə ehtiyacımız var”.
General-leytenant deyib ki, erməni hərbçilərinin gördüyü işlər müharibəni əlverişli şəkildə bitirmək üçün yetərli deyildi.
Arzumanyan qeyd edib ki, “Bu gün döyüş əməliyyatlarından sonra Qarabağ erməniləri daha da birləşib və təsirli bir hala gətirilib”.
“DQR ordusu”nun bütün hərbi qulluqçuları həlak olmuş yoldaşlarının işini davam etdirəcəklər. Vətəni qorumaq missiyasını yerinə yetirməyə davam edəcəyik və Azərbaycan, Türkiyə, terror qrupları və onların himayədarlarının birgə təcavüzünə müqavimət göstərəcəyik”, – deyə Mikael Arzumanyan əlavə edib.
Arzumanyan “Bu gün əlimizdə olanlara sahibik və gələcək fəaliyyətlərimiz üçün başlanğıc nöqtəsi xəyallar deyil, yaranan gerçəkliklər əsasında qəbul edilməli və əldə etməli olduğumuz bir hədəfə çevrilməlidir. Sadəcə bizə zaman lazımdır”, – deyə o, sözünü yekunlaşdırıb. \\Konkret
 
Tarix: 18 noyabr 2020
Baxış: 333

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş