Redaktor seçimi
    Azərbaycanla Türkiyə hərbçilərinin təlimindən GÖRÜNTÜLƏR
Xəbər lenti
Reklam
“Vikipediya”da türk dünyası ilə bağlı məqalələrin zənginləşdirilməsi DAVAM EDİR
 
“Türk dünyası “Vikipediya”da adlı layihə uğurla davam edir. Belə ki, “Vikipediya”da türk dünyası ilə bağlı məqalələrin zənginləşdirilməsinə, yerləşdirilməsinə və yeni-yeni məlumatların yaradılmasına başlanılıb.
Bu barədə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları“ qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.
R.Əhmədov bildirib ki, könüllülər tərəfindən türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən məqalələr yaradılıb. “Kitabi-Dədə Qorqud” kollokviumu, Qızıl Orda xanı Canı bəyin anası Taydula Xatunu korluqdan necə xilas etməsindən bəhs edən “Orda” filmi (2012), Kubanda Noğay üsyanı, Xumar qala, Kalmık əsilli görkəmli Mariya Kirbasova, Ayuka xan, Qarluq xaqanlığı haqqında “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələr yaradılıb. Məqsədimiz türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək və cəmiyyətimiz üçün müvafiq sahədə informasiya bazasını genişləndirməkdir. Gələcək fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq. \\Trend
Tarix: 12 noyabr 2020
Baxış: 299

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş