Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
51 məmur vəzifəsindən AZAD OLUNDU
Son illər ərzində 170-dən çox icra məmuru ciddi intizam məsuliyyətinə cəlb edilib, onlardan 51-i tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib, 6 nəfərin qanun pozuntuları barədə materiallar istintaqa verilib.
Ədliyyə Nazirliyindən Gender.az-a verilən məlumata görə, nazirliyin icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının qarşıda qoyduğu vəzifələrlə bağlı bütün icra və probasiya qurumlarının, regional ədliyyə idarələri rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsində deyilib.
İclasda mövcud problemlərlə bağlı yerli icra qurumlarının rəhbərləri dinlənilib. Fəaliyyətində kobud qanun pozuntularına yol vermiş icra məmurları barəsində qəti tədbirlər görülüb, 16 nəfər icra və probasiya qurumlarının əməkdaşları ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 3 nəfər ədliyyə orqanlarından xaric edilib və ya tutduğu vəzifədən azad olunub, bütün yerli qurumların rəhbərlərinə işlərində ciddi dönüş yaradılması tapşırılıb.
Neqativ hallara, o cümlədən qeyri-prosessual münasibətlərə yol verən işçilərlə bağlı bundan sonra da ən qəti tədbirlərin görüləcəyi vurğulanıb. Xidmətin işinin dövlət başçısının Fərmanından irəli gələn tələblərə uyğun qurulması, vətəndaş məmnunluğunun yüksəldilməsi, qanunvericiliyin tələblərinə, habelə etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi qeyd olunub, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması ilə bağlı və s. konkret tapşırıqlar verilib.
 
Tarix: 22 aprel 2019
Baxış: 429

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş