Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil - Zaxarova
Rusiya Dağlıq Qarabağ münaqişənin həllində daha fəal iştirak etməyi planlaşdırır, lakin müdaxilə etmək niyyətində deyil.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova bildirib.
M.Zaxarova vurğulayıb ki, Rusiyaya görə Dağlıq Qarabağda münaqişənin hərbi yolla həlli yoxdur - burada mövqeyimiz Türkiyənin mövqeyindən fərqlənir.
Spiker qeyd edib ki, Moskva münaqişənin həlli üçün əlindəki bütün imkanlardan istifadə etmək niyyətindədir. \\Trend
Tarix: 09 noyabr 2020
Baxış: 247
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş