Redaktor seçimi
    Koçaryandan KRİTİK AÇIQLAMA: "Yeni müharibə, yeni ərazilər..."
Xəbər lenti
Reklam
Cavid Osmanov: “Gələcəkdə şəhid ailələrinə diqqət və qayğını əks etdirən yeni qərarlara şahid olacağıq”

Şəhid hərbçilərin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşların istehlak kreditləri tam həcmdə silinəcək. Bununla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar yekdilliklə qərar qəbul edib. Qərarda hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələrin də tam həcmdə silinməsi nəzərdə tutulub. Moderator.az-a açıqlamasında məlum qərarı şərh edən millət vəkili Cavid Osmanov, bunu dövlətimizin şəhid ailələrinə növbəti diqqət və qayğısı kimi xarakterizə edib: “İlk növbədə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Hər kəsin bildiyi kimi, onların qanı yerdə qalmayıb və bundan sonra da qalmayacaq. Bunu cənab prezidentimiz də bir neçə dəfə qeyd edib. Ordumuz şəhid olan hər bir hərbçimizin qanını döyüş meydanında alır, düşmənə böyük itkilər, ağır məğlubiyyətlər yaşadır.
 
 
Şəhid ailələrinə dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı göstərilib. Ötən il bütün şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik yardımların verilməsi, habelə, şəhid ailələrinin mənzillərlə təmin edilməsi buna nümunədir. Şəhid ailələrinə qayğı cənab prezidentin hər zaman diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri olub. I vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman şəhid ailələrinə, Qarabağ əlillərinə böyük diqqət və qayğı göstərib. Onların müalicəsinin yüksək səviyyədə həyata keçirilməsi, sosial rifahlarının, mənzil şəraitlərinin yaxşılaşdırılması hər zaman dövlətimizin siyasətində mühüm yer tutub. Bu məsələdə Azərbaycanı bir çox ölkələrə nümunə hesab etmək olar.
 
Azərbaycan dövləti güclü və qüdrətli bir dövlətdir. Dövlətimiz iqtisadi baxımdan da sürətlə inkişaf etməkdədir. Vətən uğrunda şəhid olan insanlarımızın ailəsi hər zaman qayğı ilə əhatə olunub. Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan bankların yekdilliklə qəbul etdiyi qərar da bunu göstərir. Hansı ki, həmin qərarda şəhid ailələrinin, o cümlədən düşmən təxribatı nəticəsində zərər görən mülki şəxslərin istehlak kreditlərinin tam həmcdə silinməsi nəzərdə tutulur. Hesab edirəm ki, dövlətimizin bu addımı onun öz şəhidinə, şəhid ailəsinə verdiyi önəmin, göstərdiyi qayğının bariz nümunəsidir. Bu fakt bir daha onu göstərir ki, dövlətimiz şəhid ailələrinə maddi-mənəvi dəstəyin göstərilməsini, onların sosial rifahının yüksəldilməsini, onların hər cür qayğı ilə əhatə olunmasını zəruri hesab edir, bütün imkanlarından bu məqsədlə istifadə edir.
 
Qərarda nəzərdə tutulan mühüm məqamlardan biri də düşmən təxribatı nəticəsində zərər görmüş mülki vətəndaşların istehlak kreditləri tam həcmdə silinməsi ilə bağlıdır. Bildiyiniz kimi, Ermənistanın sadəcə cəbhə xəttinə yaxın yaşayış məntəqələrini deyil, eyni zamanda hərbi əməliyyatlardan 100 kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi atəşə tutması nəticəsində mülki insanlarımız arasında da həlak olanlar, maddi baxımdan böyük itkilərlə üzləşən vətəndaşlarımız oldu. Dövlətimizin bu qərarı Ermənistanın hərbi cinayətinin qrubanı olan bu şəxslərin də bank kreditlərinin silinməsini nəzərdə tutur ki, bu da dövlətimizin hər bir vətəndaşını düşündüyünü, onun həyatını asanlaşdırmaq, probemlərinin həllinə kömək etmək üçün var gücü ilə səy göstərdiyini ortaya qoyur.
 
Mən cəmiyyətimizdə böyük rəğbət və məmnunluq doğuran bu qərara görə cənab prezidentimizə öz minnətdarlığımı bildirirəm. Əminəm ki, gələcəkdə şəhid ailələrinə diqqət və qayğını əks etdirən yeni-yeni qərarlara şahid olacağıq”.
шаблоны для dle 11.2
Tarix: 24 oktyabr 2020
Baxış: 87

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş