Xəbər lenti
Reklam
Ermənilərə dəstək verən Tatulovanın Bakıdakı kafesi bağlandı
                                      
Bakıda sahibi Ermənistan tərəfinə maddi dəstək verəcəyini bəyan edən kafenin fəaliyyəti dayandırılıb.

Gender.az qafqazinfo-ya istinadən bildirir ki, Nəsimi rayonunda (AF Mall) yerləşən "AnderSon" ailəvi kafelər şəbəkəsinin sahibi Anastasiya Tatulova şəxsi sosial şəbəkə hesabında paylaşım edərək "Düşüncələrimlə, pulumla, hər şeyimlə ermənilərin tərəfindəyəm", - deyə qeyd edib.
Bundan sonra sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər, indiyə kimi kafedə olmuş müştərilər də şərh yazaraq obyekti boykot etdiklərini bildirərək Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini qeyd ediblər.
Bir müddət sonra A.Tatulova paylaşımını silib. Dünən isə həmin kafe fəaliyyətini dayandırıb və Tatulova barəsində araşdırmalar aparılır.
Tarix: 21 oktyabr 2020
Baxış: 331

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş