Xəbər lenti
Reklam
Donbassda sülh əldə etməyin 4 şərti – Ukrayna tərəfinin təklifləri
                                        
Donbass üzrə Nəzarət Qrupunun Kiyev nümayəndə heyətinin rəhbəri, Ukraynanın ilk prezidenti Leonid Kravçuk ölkənin cənub-şərqində sülh əldə etmək üçün dörd şərt açıqlayıb.

Sfera.az xəbər verir ki, Kravçuk bölgənin reinteqrasiyasına dair qanunların qəbul edilməsinin vacibliyini qeyd edib.

"Bu, müharibədən əvvəl və sonrakı dönəmləri, özəlliklə də nəzarətsiz ərazilərin Ukrayna hakimiyyət sisteminə daxil edildiyi dövrü əhatə edən böyük bir sənəddir",- deyə Kravchuk "Ukrayna 24” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Donbassın reinteqrasiyası mürəkkəb prosesdir və dörd komponentdən ibarət olmalıdır:

- hərbi əməliyyatlarının azaldılması;

- Kiyevin nəzarətində olmayan ərazilərdə seçkilərin keçirilməsi;

- orada icra hakimiyyətinin formalaşdırılması;

- İqtisadi qanunlar paketinin qəbul edilməsi.

Ukrayna Prezidenti Vladimir Zelenski, Ali Radaya illik müraciətində Donbass üzrə sənədlər paketinin hazırlanması haqda məlumat verib.
Onun sözlərinə görə, sülh əldə edildikdən və ərazilər Kiyevin nəzarəti altına qaytarıldıqdan sonra, beynəlxalq təcrübədən istifadə edərək "təhlükəsiz reinteqrasiya” prosesinə başlanacaq.
 
Tarix: 21 oktyabr 2020
Baxış: 224

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş