"Zəngilan və Qubadlının adı gələndə başqa hisslər keçirirəm..." - Aygün Kazımova
Xalq artisti Aygün Kazımova Zəngilan rayonunun işğaldan azad olunmasından yazıb.
Gender.az xəbər verir ki, sənətçi sevincini özünün "Instagram” səhifəsində bölüşüb.
"Qarabağımızın hər kəndi, hər şəhəri gözəldir. Amma Zəngilan və Qubadlının adı gələndə başqa hisslər keçirirəm. Vətən sevgisi, həyəcan, itkilərimiz... Yaşadıqlarımız bir-bir gözümün önündən keçir.
Zəngilanımızın qayıdışı mübarək olsun! Tezliklə Ali Baş Komandamızın dilindən Qubadlının, Şuşanın, Laçının, Xocalının, Xankəndinin işğaldan azad olması xəbərini eşidək!", - deyə Xalq artisti bildirib.
Tarix: 21 oktyabr 2020
Baxış: 481
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş