Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Sərdar Ortac Paşinyanı ruhi xəstə adlandırdı - Sərt sözlər
                                                
Türkiyəli müğənni Sərdar Ortac Ermənistan rəhbərliyinə sərt mesajlar ünvanlayıb.

Sfera.az xəbər verir ki, Etilerdə sevgilisi Seçil Gür ilə alış-veriş edərkən görüntülənən Sərdar Ortac jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan-Ermənistan sərhədindəki münaqişələrdəndə danışıb:

"Əsgəriniz varsa, əsgərlərlə döyüşün, mülki şəxslərə nəyə görə raketlər atırsınız? Mənim erməni xalqına sözüm yoxdur, ancaq başında duran adam ruhi xəstədir”, - deyə müğənni bildirib.

"Lazım gələrsə, Azərbaycan üçün əsgər gedərsinizmi?” sualına isə reksiyası bu cür olub:

"Əgər mənə tapşırılıq gələrsə, əlbəttə bunu edəcəm. Amma Azərbaycan əsgəri öz vətəndaşını və torpaqlarını qəhrəmanlıqla müdafiə edir" - deyə Sərdar Ortac cavab verib.
Tarix: 20 oktyabr 2020
Baxış: 480

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş