Xəbər lenti
Reklam
Ermənilər Qarabağa terrorçu toplamaq üçün elan yaydı - FOTOLAR
                                        

Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən VoMA (Voxj Mnalu Arvest – "Sağ qalmaq sənəti” Klubu) təşkilatı Qarabağda döyüşmək üçün terroçular hazırlayır.

Sfera.az xəbər verir ki, VoMA təşkilatı bir müddətdir ki, fəaliyyət göstərir. Təşkilatın saytında (www.voma.center) iddia edilir ki, VoMA dövlətə bağlı təsisat deyil. Amma maraqlıdır ki, klubun üzvləri nəzəri biliklərdən əlavə Dağlıq Qarabağda hərbi təlimlərə cəlb edilir. Bu fakt VoMA-ya dövlət dəstəyinin olduğunu göstərir.

Kluba yalnız ermənilərin üzv qəbul edildiyi bildirilsə də, məlumatlara görə, burada qeyri-millətlərin nümayəndələri də muzdlu döyüşçü kimi hazırlanır. Eyni zamanda onlara terror aktları törətmək, diversiya əməliyyatları da öyrədilir.

Sentyabrın 27-dən başlayaraq Qarabağda müharibənin alovlanması VoMA-nı da hərəkətə gətirib. Təşkilat saytı vasitəsilə dünya ermənilərini, həmçinin onlara dəstək verənləri kluba üzv olmağa çağırır. VoMA bununla dağ atıcı alayı yaratmaq istəyir. Təşkilatın elanında aydın şəkildə bildirilir ki, bu alay Ermənistanın rezerv ordusunun bir hissəsidir. Hərbi hazırlıqlar başa çatdıqdan sonra həmin alay Qarabağa göndəriləcək.

Beləliklə, Ermənistan bu üsulla Qarabağa muzdlu döyüşçülər və terroçu qrupları cəlb edir.

Ermənistanın terrorçu dövlət olması yeni məsələ deyil. Dəfələrlə sübut olunub ki, İrəvan terrora dəstək verir, eyni zamanda İrəvana bağlı xeyli sayda terrorçu təşkilatlar var. Onlardan bəzilərini təqdim edirik:

"Asala”   

"Armenakan”

Sosial Demokrat Hnçak partiyası

"Daşnaksütun”  

"Erməni soyqırım ədalət komandosları”

"Yeni erməni müqaviməti”

"Erməni gizli azadlıq ordusu”

"Erməni inqilab ordusu”

"Erməni azadlıq cəbhəsi”

"Orli” qrupu      

"İntiharçılar eskadronu”

"Erməni birliyi”

"Gənc ermənilər ittifaqı”

"Erməni azadlıq hərəkatı”

"Geqaron”

"Apostol”

"İsveçrə qrupu”
 
(yenisabah)
                                    

 
Tarix: 16 oktyabr 2020
Baxış: 518

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş