“Rahat və inamlı olmağımın 16 səbəbi” – Yazıçı Anarın qızı Günel yazır
Xalq yazıçısı Anarın qızı Günel Anarqızı (Günel Rzayeva) özünün Facebook hesabında "Bu gün rahat və inamlı olmağımın 16 səbəbi” başlıqlı yazı paylaşıb.
Sfera.az sözügedən paylaşımı oxucularına təqdim edir:
1. Çünki etibar etdiyim Prezidentim var.
2. Çünki öz xalqımı, dövlətimi və Vətənimi bütün qəlbimlə sevirəm.
3. Çünki Şanlı Ordum məni qoruyur və mən haqlı olaraq onunla qürur
duyuram.
4.Çünki ölkəmiz, milli həmrəyliyimiz hər gün daha da güclənir.
5. Çünki indi dostlarımı daha çox dəyərləndirirəm.
6. Çünki artıq düşmənimi dəqiq tanıyıram, həmçinin dəqiq bilirəm ki,
düşmənimin dostu kimdir.
7. Çünki nə düşmənimdən, nə də düşmənimin dostundan qorxmuram.
8. Çünki düşmənimin alçaq mübarizə üsullarından istifadə etmirəm,
mərd və vicdanla döyüşürəm.
9. Çünki bütün dünya tədricən öz fikrini mənim xeyrimə (red.bizim xeyrimizə) dəyişir. Və nəhayət, kimin kim olduğunu anlamağa başlayır.
10. Çünki bu amansız müharibədə yetim qalan uşaqları görəndə ürəyim qan ağlasa da, bundan belə öz sevgi və qayğısını o körpə fidanlara verməyə hazır olan 10 milyonluq ailəyə sahib olduğuna inamım sarsılmazdır.
11. Çünki torpağım hər gün qan ağlasa, mərd oğul və qızları öz evlərini
tərk etmədən ölümün gözünə dik baxır.
12. Çünki bu gün bizim üçün nə qədər ağır olsa da, bütün ağrı-acıya sinə gərərək, haqq mübarizəmizi sona çatdırmağa, düşməndən intiqamımızı almağa, bütövləşməyə qərarlıyıq!
13. Çünki biz birlikdə güclüyük!
14. Çünki biz haqlıyıq!
15. Çünki zəfər bizimlədir!
16. Çünki Qarabağ Azərbaycandır!
Tarix: 16 oktyabr 2020
Baxış: 541
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş