Oğlu şəhid olan keçmiş icra başçısı haqda maraqlı faktlar
Azərbaycan Ordusunun zabiti Səid Rəşidzadə Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub.
Gender.az xatırladır ki, Səid Rəşidzadə 2016-cı ildə baş verən “aprel döyüşləri”ndə də iştirak etmişdi. O, şəhid general Polad Həşimovla çiyin-çiyinə vuruşub.
Səid Rəşidzadə AXC-Müsavat hakimiyyəti illərində Füzuli rayonunun icra başçısı olmuş Nofəl Qasımovun oğludur. Eks-prezident Əbülfəz Elçibəyin 23 dekabr 1992-ci il tarixli sərəncamı ilə Füzulinin icra başçısı təyin edilən Nofəl Qasımov həm də bu rayonun özünümadifə batalyonunun komandiri kimi tanınır. O 27 il əvvəl rayonun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib.
Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər Səid Rəşidzadənin şəhid olması ilə bağlı paylaşımında Nofəl Qasımovun 27 il əvvəl Füzuli uğrunda döyüşlərdə iştirakını xatırladıb: “27 il əvvəl aprel günlərində Füzuli şəhərinin ətrafında strateji əhəmiyyətli Məngələnata yüksəkliyini düşməndən təmizləyib Füzulinin təhlükəsizliyini təmin edəndə Nofəl bəy də bizimlə birlikdə idi. Həmin dönəmdə Nofəl bəy Vətən uğrunda çox fədakarlıq göstərib. Bugün isə onun oğlu Səid bəy Vətən uğrunda qəhəmanlıqla döyüşüb şəhid olub”.
Nofəl Qasımov 1993-cü ildə tutduğu vəzifədən azad edilib.
Tarix: 12 oktyabr 2020
Baxış: 381
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş