Redaktor seçimi
    Azərbaycanla Türkiyə hərbçilərinin təlimindən GÖRÜNTÜLƏR
Xəbər lenti
Reklam
Siyavuş Novruzovun “sonra danışarıq” üsulu – Deputat həssas dönəmdə mediadan niyə qaçır?
                        
Azərbaycanın işğaldakı torpaqları azad etmək uğrunda apardığı mübarizəsinə hər kəs bacardığı səviyyədə bu və ya digər müstəvidə dəstək verir, prosesə münasibət sərgiləyirlər.

Bu dəstək ölkənin hər bir zümrəsindən, rəsmisindən, siyasətçisindən, deputatından, sıravi vətəndaşından gəlir.Ancaq bir sıra tanınmış şəxslər var ki, Dağlıq Qarabağın düşməndən təmizlənməsiprosesinin getdiyi bu məsuliyyətli və tarixi günlərdə kölgəyə çəkilərək, susmağa üstünlük verirlər.

Onlardan biri də son dövrlər qalmaqallı olaylarla yadda qalan Milli Məclisin deputatı Siyavuş Novruzovdur.
 
Gender.az məlumatına görə,  sfera.az-ın  gündəm mövzuları ilə bağlı fikirlərini öyrənmək istədiyi S. Novruzov ilk zəngzə cavab versə  də,  iclasda olduğunu iddia edərək, suala cavab verməkdən yayınıb: "İndi iclasdayam. Bir saatdan sonra zəng edərsiniz”.

Sonradan dəfələrlə edilən zənglərə isə deputat ümumiyyətlə cavab verməyib.

Xatırladaq ki, Siyavuş Novruzov hərbi əməliyyatlar başlayandan bu yana heç bir açıqlama verməyib.
Tarix: 08 oktyabr 2020
Baxış: 380

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş