ABŞ prezidenti Donald Trampın daha bir köməkçisində koronavirus aşkarlanıb.
Gender.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
"Mən son 5 gündə özünütəcrid rejimində çalışdım.Doğrudur, dünənə qədər mənim analizlərim yalnız mənfi nəticə verirdi. Lakin artıq bu gün xəstəxanadan "COVİD-19” testimin müsbət olduğu barədə raport gəlib. Bu səbəbdən mən tam karantinə çəkilmişəm”,-deyə Stiven Miller yazıb.
Qeyd edək ki, bu günlərdə ABŞ-ın vitse-prezident Maykl Pensin mətbuat katib, Stiven Millerin xanımı Keti Millerin də infeksiyay məruz qaldığı məlum olmuşdu. Bundan başqa ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O`Brayendə koronavirus aşkarlanmışdı. ABŞ mediası Ağ Evin mətbuat xidmətinin bir sıra əməkdaşlarının da COVİD-19 virusuna yaxalandıqlarını xəbər edib.
Son bir neçə gündə əvvəllər Birləşmiş Ştatların başqa dövlət rəsmilərində koronavirusun tapıldığı xəbərləri gündəmi zəbt edib. Bunların arasında Donald Trampın keçmiş müşaviri Kellienn Konuey, 3 respublikaçı-senator, Respublkaçılar partiyasının Milli komitəsinin sədri Ronna Makdeniel, Ağ Ev rəhbərinin seçkiqabağı kampaniyasını meneceri Uilyam Stepin, Donald Trampın şəxsi köməkçisi Nika Lun, Ağ Evin mətbuat katibi Keyli Makinen və onun 4 müavinini göstərmək olar.