Avropa Birliyi Belarusa qarşı sanksiyaları razılaşdırıb - Amma Lukaşenkoya güzəşt ediləcək
Avropa Birliyi Belarusdakı vəziyyətlə əlaqədar sanksiyalar tətbiq edəcək. Onlarla insanın adı qara siyahıya salınacaq, ölkə lideri Aleksandr Lukaşenkonun adı isə bu siyahıya daxil edilməyəcək. Bunu Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib.
Sfera.az-in RİA.Novosti-yə istinaqla xəbər verdiyinə görə, Fransa prezidenti Emmanuel Makron Belarus liderinə qarşı məhdudiyyətlər tətbiq edilməməsi qərarı ilə bağlı açıqlamasında bildirib ki, bu "dialoqdan imtina" mənasını verərdi.
"Lukaşenkonu bu prosesə cəlb etmək, bunun üçün maksimum iş görmək vacibdir. Əks təqdirdə, gələcəkdə Lukaşenko da sanksiyalar siyahısına daxil edilə bilər",- deyə o, əlavə edib.
Şarlz Mişel öz növbəsində, AB-nin situasiyaya nəzarət edəcəyini qeyd edib. "Biz Belarusla bağlı əhatəli dialoq aparılmasının tərəfdarıyıq və daha konstruktiv yanaşma tapmaqda əhəmiyyətli rol oynaya biləcək ATƏT-i dəstəkləyirik”, - deyə o, söyləyib.
Bundan əvvəl yunan Kipri özünün Türkiyənin Aralıq dənizindəki hərəkətləri ilə əlaqədar mövqeyinə görə Minskə qarşı məhdudiyyətlərin tətbiq edilməsinə qarşı çıxırdı. AFP-nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, tərəfdaşları Ankaraya qarşı Türkiyəni sanksiyaların tətbiqi ilə hədələyən sərt qətnamə qəbul etməyə razılaşdıqdan sonra, Kİpr hakimiyyəti sözügedən məsələyə yanaşmasını dəyişdirib.
Çərşənbə axşamı Kanada ilə Böyük BritaniyaBelarus lideri və onun oğlu Viktor və digər 9 məmura qarşı sanksiyalar tətbiq edib. Bəyanatda iddia edilirdi ki, "Aleksandr Lukaşenko rejimi saxtalaşdırılmış seçkilər fonunda müxalifət nümayəndələrinə, mediaya və Belarus əhalisinə qarşı bir sıra insan haqları pozuntularına qarşı məsuliyyət daşıyır”.
Röyter Agentliyi mənbələrə istinadla xəbər vermişdi ki, Minskə qarşı məhdudiyyətlər paketi demək olar, bütünlüklə ABŞ tərəfindən hazırlanıb.
Xatırladaq ki, Belarusun hazırkı lideri Aleksandr Lukaşenko tərəfindən altıncı dəfə qazanılmış prezident seçkilərindən sonra - avqustun 9-da ölkədə kütləvi etiraz aksiyaları başlayıb. MSK-nın məlumatına görə, o, səslərin 80,1% -ni toplayıb.
Hazırda Belarusun müxtəlif şəhərlərində - həm iş günləri, həm də həftə sonları etiraz aksiyaları davam edir. Eyni zamandda Lukaşenko tərəfdarlarının mitinqləri dəkeçirilir.
Tarix: 02 oktyabr 2020
Baxış: 274
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş