Peyvəndi sınamaq üçün 25 min könüllü axtarılır
Fransanın Təhsil və Səhiyyə Nazirliyinin tələbi ilə koronavirusun peyvəndini sınamaq üçün 25 min könüllü şəxs axtarıldığı açıqlanıb.
Bu barədə Fransanın Medikal Sağlamlıq və Tədqiqat İnstitutu məlumat yayıb.
Sınaqlar ölkə daxilində 24 klinikada həyata keçiriləcək. Sözügedən prosesə könüllü tapmaq üçün sosial şəbəkələr vasitəsilə jetestelevaccincovid (COVID-19 testini sınayıram) başlıqlı kampaniya başladılıb.
Bildirək ki, könüllülər 18 yaşdan yuxarı olmalı və könüllü olduqlarına bildirən formu doldurmalıdır. Kliniki sınaqlara il sonundan etibarən start veriləcək. (Yenisabah)
Tarix: 02 oktyabr 2020
Baxış: 312
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş