Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Bakıdan bu istiqamətlərə uçuşlar dayandırıldı - RƏSMİ
                                                            
Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçir.

Gender.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) açıqlamasında bildirilir.


Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar AZAL-ın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-na qədər (həmin gün daxil olmaqla) nəzərdə tutulmuş bütün reysləri dayandırılıb.


Eyni zamanda, aviaşirkətinin oktyabrın 1-nə nəzərdə  tutulmuş Bakı-London-Bakı, həmçinin oktyabrın 2-nə nəzərdə tutulmuş Bakı-Berlin-Bakı istiqamətində aviareysləri ləğv edilib.


Ləğv edilmiş reyslərin sərnişinləri aviabiletlərini cərimə ödənilmədən digər tarixlərə dəyişə və yaxud ödənilmiş vəsaiti geri ala bilərlər.


Bundan əlavə, "Fly Dubai" şirkəti 29 sentyabr, 1 və 3 oktyabr tarixlərinə nəzərdə tutulmuş Dubay-Bakı-Dubay istiqamətində reyslərini, "Aeroflot"şirkəti 1 və 4 oktyabr tarixinə nəzərdə tutulmuş Moskva-Bakı-Moskva istiqamətində aviareyslərini və "Belavia" şirkəti 2 və 4 oktyabr tarixlərinə nəzərdə tutulmuş Minsk-Bakı-Minsk istiqamətində aviareyslərini ləğv edib.


Qeyd olunan ləğv edilmiş reyslərin sərnişinləri əlavə məlumat üçün adı çəkilən aviaşirkətlərə müraciət edə bilərlər.  
Tarix: 28 sentyabr 2020
Baxış: 292

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş