Xəbər lenti
Reklam
İctimai nəqliyyat bu saata kimi fəaliyyət göstərəcək – RƏSMİ
                                    

"Hərbi vəziyyətin elan olunmasına görə, ictimai nəqliyyatın hərəkəti bugündən etibarən səhər saat 06:00-dan, axşam saat 20:00-a qədər fəaliyyət göstərəcək".

Gender.az xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

 

Onun sözlərinə görə, sözügedən qərar Bakı şəhəri istisna olmaqla adları keçən digər bölgələrə şamil ediləcək: " Eyni zamanda Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslar da saat 20:00-a qədər fəaliyyət göstərəcək. Səbəb isə ictimai nəqliyyat sürücülərinin avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıtmaları üçün vaxtın tələb olunmasıdır. Bu vaxt ərzində həmin sürücülər evlərinə qayıda biləcəklər. Bu baxımdan əminəm ki, qərarı anlayışla qarşılayacaqsınız".

Qeyd edək ki, hərbi vəziyyətlə əlaqədar örən gecə saat 00:00-dan etibarən Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra rayonlarda komendant saatı elan olunub.

Tarix: 28 sentyabr 2020
Baxış: 281

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş