“Paşinyanın beynini arvadı doldurub” - Məşhur politoloq
TÜRKSAM rəhbəri, məşhur politoloq Sinan Oğan Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara özünəməxsus reaksiya verib.
Gender.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın beynini çox pis doldurublar. Rusiya ilə yanaşı Paşinyanın beynini dolduranlardan biri də müharibəni “Instagram pozu” zənn edən, mülki şəxslərdən 100 min nəfərlik ordu quracağını söyləyən, hərbi geyim və silahlarla poz verən arvadı Anna Akopyandır”, - deyə Sinan Oğan bildirib.
Qeyd edək ki, Sinan Oğanın paylaşımına türkiyəli “Twitter” istifadəçiləri böyük maraq göstərib. Azərbaycan xalqına və ordumuza çoxsaylı dəstək mesajları yazılıb. (Yenisabah.az)
Tarix: 28 sentyabr 2020
Baxış: 295
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş