Xəbər lenti
Reklam
Avtomobil sahibləri ehtiyatlı olun - Yeni fırıldaqçılıq növü geniş vüsət alıb - VİDEO
 

Ölkəmizdə avtomabillərlə bağlı yeni fırıldaqçılıq növügeniş vüsət alıb. Avtomobilin bahalı detallarından sayılan katalizatoru çıxarıb satıb yerinə isə mətbəxdə istifadə edilən qab yuyan setka doldururlar. Fırıldaqçılar avtomobilin marka və modelindən aslı olaraq hətta 2000 manata qədər qazanc əldə edirlər. Bunu xüsusi ilə maşın alveri ilə məşğul olan şəxslər edir.
Avtomobilin katalizatoru kəsilərək yerinə məftil parçaları və ya qabyuyan setka doldurulur.Müştəriyə satılan avtomobillərdə bir müddətdən sonra nasazlıqlar müşahidə edilir.
Son dövürlər ölkəmizdə xüsusi ilə xaricdən gətirilən avtomobillərdə katalizatorların çıxırılması halları artıb.Beləki, bu detalın qiyməti baha olduğundan əsasən maşın alveri ilə məşğul olanlar bunu çıxarıb ayrı satırlar. Avtomabil ustası Sahil Ağabəyli bildirir ki, əsas funksiyası işlənmiş qazları zərərsizləşdirmək olan katalizator, səsboğucu funksiyaya da malikdir. Fırıldaqçılar, bu funksiyanı saxlamaq üçün katalizatorun içini doldururlar.
Bu üsul isə sonradan avtomabilin düzgün işləməməsi, yanacağ sərfiyyatının artması və ya mühərrikin işə düşməməsi kimi hallara səbəb olur.
Hazırda bazarda yeni katalizator tapmaq çətindir.İşlənmiş katalizatorlar isə avtomobilin marka və modelindən aslı olaraq hətta 2 min manat və daha baha ola bilir. Xaricdən gələn maşınların bu detalı əsasən ya Gürcüstan, ya da elə Azərbaycanda çıxarılır.
Üstəlik bir çox halda bu katalizator tutulduğundan, sürücülər onu yenisi ilə əvəzləmir və həmin hissəni boş saxlayırlar.
Ustaların sözlərinə görə avtomabil alarkən bu detalın olub-olmamasına mütləq diqqət etmək lazımdır. Əks halda yanacaq sərfiyyatı artır, avtomobildən əlavə qoxu hiss edilir və səsi çoxalır. \\Xezerxeber
 
 
Tarix: 26 sentyabr 2020
Baxış: 401

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş