Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Azərbaycanın bu rayonunda postlar quruldu — SƏBƏB

Qubanın Dəlləkli kəndində yanğınlar baş verib.

Gender.az xəbər verir ki, buna görə kəndin girişində postlar qurulub.
Dəlləkli kənd sakinləri bildirirlər ki, kəndin 4 yerində yanğın olub.  Kənd sakinlərinə məxsus tayaları və tövlələri yandırıblar. Gün ərzində 4 ayrı yerdə yanğınlar baş verib.
 
Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının qəsdən törədilməsi güman edilir. Məsələni polis araşdırır.
 
Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev də baş çəkib. \\Qafqazinfo.az
Tarix: 19 sentyabr 2020
Baxış: 342

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş