Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Faiq Ağayevə yüksək vəzifə verildi - FOTO
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni kadr təyinatı olub.

 

Gender.az-ın xəbərinə görə, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədrinə müavin təyin olunub.

 

Bu vəzifəyə Faiq Bahadur oğlu Ağayev təyinat alıb.

 

Qeyd edək ki, F.Ağayev 1986-cı ilin noyabrın 12-də anadan olub. O, bu təyinata qədər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Eyni zamanda 2017-ci ildən Bakı Dövlət Universitetinin “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrasının müəllimidir. \\Report


Fotoları təqdim edirik
Tarix: 19 sentyabr 2020
Baxış: 347

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş