Redaktor seçimi
    Yol polisi azad olunmuş rayonlara nişan quraşdırır - FOTO
Xəbər lenti
Reklam
“Sosial şəbəkələrə giriş üçün şəxsiyyət vəsiqəsinə ehtiyac olsaydı…” – İT mütəxəssisi – VİDEO

“Milli Məclisdə belə məsələlərin müzakirəsi zamanı İT mütəxəssis rəyi alınmalıdır”.

Gender.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında deputat Jalə Əhmədovanın Milli Məclisin Komitə iclasında çıxışı zamanı sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması təklifini dəyərləndirən informasiya texnologiyaları üzrə mütəxəssis Sayad İbrahimov bildirib.

Sayad İbrahimova görə, Milli Məclisdə informasiya təhlükəsizliyi ilə bağlı mövzuların müzakirəsi zamanı İT mütəxəssislərinin iştirakı çox arzuolunandır:

“Sosial şəbəkələr istifadəçilər qarşısında yalnız təhlükəsizlik məqsədi ilə müəyyən tələb qoya bilər. Məsələn, hər hansı bir sosial şəbəkədə istifadə edilən hesabın şifrəsi itirilibsə və ya hesab bir çox insan tərəfindən saxta hesab kimi şikayət olunubsa, bu halda şifrəni bərpa etmək, yaxud da hesabın həqiqətən saxta olmadığını təsdiq etmək üçün şəxsiyyəti təsdiq edən sənəd tələb oluna bilər.

Heç bir sosial şəbəkə istifadəçidən qeydiyyat və daimi şəbəkədən istifadə üçün şəxsiyyəti təsdiqləyən sənəd tələb etmir. Deputat Jalə Əhmədovanın təklifinə gəldikdə isə şəxsiyyət vəsiqəsinin tələb edilməsi bu qədər önəmli olsaydı, bunu şirkətlərin özləri istifadəçilərdən tələb edərdilər.

İstifadəçi məlumatlarının təhlükəsizliyi, saxta hesabların aşkarlanması, yalnış məlumatların aradan qaldırılması və bu kimi hallarla bağlı şirkətlər kifayət qədər ciddi tədbir görürlər. Sosial şəbəkələr saxta hesabların avtomatik təyin edilməsi və ortadan qaldırılması üçün maşınöyrənmə (Machine Learning) modelləri ilə qurulan avtomatlaşdırılmış təhlükəsizlik və müdafiə sistemindən istifadə edirlər”.

Ekspert hesab edir ki, spesifik məsələlərə dair təkliflər irəli sürən deputatlar daha diqqətli olmalıdırlar. Əks halda, irəli sürdükləri təkliflər onları gülüş hədəfinə çevirə bilər:

“Müdafiə sistemi bir neçə mərhələdə təhlil aparır. Sistem ilk olaraq, qeydiyyat prosesində, daha sonra isə hesabın istifadəsi zamanı neqativ halları təyin edərək, qeydiyyat prosesinin ləğvini, yaxud da mövcud hesabın silinməsini təmin etmə qabiliyyətinə malikdir.

Yalnış məlumatların ortadan qaldırılması üçün isə istifadəçilərin bu barədə kütləvi şikayəti ilə məlumata nəzər salınır və ya avtomatik olaraq, məlumat silinir. Milli Məclisdə bu kimi mövzuların müzakirəsi zamanı İT mütəxəssislərinin rəyi öyrənilməlidir. Belə görünür ki, bu mövzunun müzakirəsi zamanı İT mütəxəssislərinə müraciət edilməyib. Əgər müraciət olunsaydı, yəqin ki o, bu təklifi gülüşlə qarşılayardı”.


шаблоны для dle 11.2
Tarix: 18 sentyabr 2020
Baxış: 92

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş