“Virtual Məktəb”ə QEYDİYYAT BARYERİ: “Nazirlik problemin həllinə çalışır” – Elçin Əfəndi / VİDEO
“Şagirdlər yaxın zamanlarda “Virtual Məktəb”ə qeydiyyatdan keçə biləcəklər”.
Gender.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında “Virtual Məktəb”ə qeydiyyatla bağlı yaranan çətinlik fonunda Təhsil Nazirliyinin fəaliyyətinə münasibət bildirən ekspert Elçin Əfəndi deyib.
Elçin Əfəndi qeyd edib ki, yeni təhsil nazirinin təyinatından sonra bu sahədə müsbət yeniliklər gözlənilsə də, “Virtual Məktəb”ə qeydiyyat prosesində yaranan problemlər bu gözləntilərə zərbə vurub.
“Virtual Məktəb”lə yaranan problemlərə görə şagirdlər orada qeydiyyatdan keçə bilmirlər. Bu problem Təhsil Nazirliyinin yeni rəhbərliyindən olan müsbət gözləntilərə zərbə vurub.
Bildiyim qədər, bu problemin aradan qaldırılması üçün artıq göstərişlər verilib. Qeyd olunur ki, problemin yaranmasının əsas səbəbi server və xəttin hədsiz yüklənməsidir. Yəqin ki, vətəndaşlarımız yaxın zamanlarda “Virtual Məktəb”ə qeydiyyatdan keçə biləcəklər”.
Tarix: 18 sentyabr 2020
Baxış: 439
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş