Redaktor seçimi
    Yol polisi azad olunmuş rayonlara nişan quraşdırır - FOTO
Xəbər lenti
Reklam
Azərbaycanda qadağalar geri qayıdır... - Bu iş yerləri bağlana bilər
                              
Bildiyiniz kimi, Şəki şəhərində "Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan 12 nəfərin virusa yoluxduğu aşkar edilib. Bu səbəblə bazar 3 günlük bağlanıb.

Gender.az xəbər verir ki , bazar, kafe-restoran, geyim dükanları və başqa bunun kimi insanların sıx toplandığı yerlərdə virusa yoluxma riski daha çoxdur. Belə məkanlarda insanlar sosial məsafə saxlamalı və qoruyucu maskadan istifadə edilməlidir. Əks halda qapalı məkanlar yoluxmanın artmasında yardımcı vasitəyə çevrilə bilər.


Dünya təcrübəsində də görürük ki, sərt karantin rejimini ləğv edən, virusa ciddi yanaşmayan bəzi ölkələr yenidən infeksiya ocağına çevrilirlər. Bəs, bu risk ölkəmiz üçün də keçərlidir? Karantin rejiminin yumuşaldılması nəticəsində insanların sıx toplaşmağa başlaması, əsasən də qapalı məkanların bu toplaşmaların mərkəzinə çev  ,rilməsi koronavirusa yoluxmanı artıra bilərmi?


Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl  bu hal virusa yoluxmanı yenidən artıra bilər:


"Əlbəttə, sosial məsafəni gözləməmək, qoruyucu maskadan istifadə etməmək virusun yayılmasının artmasına səbəb ola bilər. Bu da yenidən sərt karantin rejiminə keçməyə imkan yaratmaq deməkdir. Görülən tədbirlər virusa yoluxma hallarının sürətini və nisbətini azaltmaq üçündür. Əgər hər hansı müalicə, peyvənd tapılmasa, hələki bu virus bizimlə yaşamağa davam edəcək”.


İnsanların səbirsizliklə gözlədiyi toyların nə vaxt və hansı formada keçiriləcəyi  barədə də danışan Vasif İsmayıl deyib: 


"Toyların başlaması yalnız və yalnız sosial məsafənin qorunmasına riayət olduğu zaman reallaşa bilər. Mövcud şadlıq saraylarının həcmi nəzərə alınaraq, bir salonda 50, yaxud 100 insan olmaqla, rəqs zamanı da yenə 2 metr məsafənin qorunması ilə ola bilər. Bu da milli adətlərimizin nəzdində real görünmür".
(redaktor.az)
шаблоны для dle 11.2
Tarix: 18 sentyabr 2020
Baxış: 121

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş