Xəbər lenti
Reklam
Azərbaycana yeni yataq və restoran tipli vaqonlar gətirildi

                                                            

Azərbaycana Belarusdan daha 9 ədəd yataq tipli və 1 ədəd restoran tipli vaqonlar gətirilib. 

Bu barədə Gender.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib. Məlumata görə, ADY-nin fərdi sifarişinin ikinci partiyası, yəni  ilk 9 vaqon "Stadler" şirkətinin İsveçrədəki müəssisəsində istehsal edilib və 2019-cu ildə Azərbaycana gətirilib. Azərbaycana vaqonlar təxminən iki həftə ərzində gətirilib.

Növbəti dəfə 9 yataq və 1 restoran tipli vaqonun da Azərbaycana gətirilməsi təxminən iki həftə çəkib. Və bu müddətdə zamanı "Stadler" şirkətinin əməkdaşları yataq tipli vaqonlarda yüksək səviyyədə komfort və hərəkət rahatlığını özləri də test edə biliblər.

Qeyd edilir ki, uzunluğu ümumilikdə 264 metr olan yeni yataq tipli vaqonlar Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Qars (Türkiyə) - Ankara (Türkiyə) marşrutu üzrə beynəlxalq əlaqə üçün nəzərdə tutulub.



Tarix: 18 sentyabr 2020
Baxış: 231

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş