Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Azərbaycanda daha 141 nəfər COVID-19-a yoluxub

                                                

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Gender.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib, aktiv xəstə sayı 1 940 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 656, bu günə qədər isə ümumilikdə 1 027 685  test icra olunub.

Tarix: 16 sentyabr 2020
Baxış: 304

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş