Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Abituriyentlərə ŞAD XƏBƏR – II qrupda bəzi ixtisasların balları aşağı salındı
                               
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi zamanı sıralama məsələsinə aydınlıq gətirib.

Gender.az-ın məlumatına görə, Məleykə Abbaszadə deyib ki, ixtisasların sıralanması zamanı abituriyentin birinci yazdığı yeri ondan daha yüksək bal toplayan seçirsə, bu zaman həmin abituriyent ikinci yerdə yazılan ixtisasın müsabiqəsində iştirak edir:

“Ancaq abituriyentin birinci yazdığı ixtisasda ondan yüksək bal toplayıb həmin ixtisası seçən olmayıbsa, bu zaman o, həmin ixtisasa qəbul ola bilər. Abituriyentin qəbul olduğu ixtisasdan sonra yazdığı ixtisasların isə artıq əhəmiyyəti yoxdur. Ona görə deyirəm ki, abituriyent hansı ali məktəbdə hansı ixtisası seçmək istədiyini əvvəlcədən bilməlidir. 

Bu zaman həmin ixtisasın abituriyentin topladığı bala uyğun olub-olmadığı “Abituriyent” jurnalı ilə yoxlanmalıdır. Bu il II ixtisas qrupunda ötən illə müqayisədə müsabiqə vəziyyəti bir az aşağı olacaq, gözləyirik ki, keçid balı da ötən illə müqayisədə bir az aşağı olsun. Ona görə də hər bir ixtisası seçəndə keçənilki balla müqayisə etmək lazımdır. Məsələn, keçən il 450 bal olan ixtisas varsa, abituriyent  400 bal toplayıbsa, o yeri yaza bilər”. /Modern.az
Tarix: 10 sentyabr 2020
Baxış: 342

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş