Baş Nazirdən bağçalarla bağlı QƏRAR
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
Gender.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bağçaların açılmasına dair məlumatında qeyd edilib.
Nazirlər Kabinetinin bu gün imzalanan 330 №li Qərarına əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec, 1 oktyabr 2020-ci il tarixindən açılmasının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olmasıdır:
“Bu, həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.
Eyni zamanda, bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılacaq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunacaqdır.
Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir”.
Bu qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.
Tarix: 09 sentyabr 2020
Baxış: 353
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş