Xəbər lenti
Reklam
Toy və nişan mərasimlərinin keçirilməsi ilə bağlı AÇIQLAMA

"Düşünürəm ki, yoluxma sayında davam edən hazırki müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha bilikli və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirilə bilər. Əlbəttə ki, yeni qaydalarla birlikdə nəzarət mexanizmlərinin də qurulması şərti ilə”.
Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.
R.Mahmudovun sözlərinə görə, bu barədə son qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək:
"Ümumiyyətlə hesab edirəm ki, payız aylarından sonra COVID-19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. Çünki təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi fayda yanında, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkdi. Amma bizlər vətəndaş olaraq ehtiyatlı olmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamağı unutmamalıyıq”. \\Pravda
Tarix: 07 sentyabr 2020
Baxış: 256

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş