Bu videonun müəllifi amerikalı həkim-ginekoloq Entoni Levatino. Keçmiş əsrin 80-ci illərində doktor Levatino 1200 abort icra edib. Lakin daha sonra həkim abortların qatı əleyhdarına çevrilib. Doktor Levantino öz həyatını abortlara qarşı mübarizəyə həsr edib. O, müxtəlif ölkələrdə abortun ziyanları və fəsadları haqqında mühazirələrlə çıxış edir, video-çarxlarda abortun qorxulu "iç üzünü" göstərirdi.
Doktor Levatinonun sözlərinə görə, abort "insan hüquqlarının ən kobud şəkildə pozulmasıdır".
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, abortlara qarşı münasibətin 180 dərəcə dəyişilməsi doktor Levatinonun həyatında baş vermiş bəzi hadisələr səbəb olub. Onun həyat yoldaşı uzun illər ərzində sonsuzluqdan əziyyət çəkirdi. Uşaq sahibi olmağa ümidini itirmiş Levatino cütlüyü evladlığa qız götürür. Lakin bu uşaq 5 yaşında faciəli şəkildə valideynlərinin gözləri qarşısında həyatını itirir. Bu hadisələrdən sonra doktor Levatino anlayır ki, artıq abortları icra edə bilməyəcək...
Maraqlıdır ki, abortların əleydarına çevrildikdən bir neçə müddət sonra Levatinonun sonsuz həyat yoldaşı hamilə qalır və uşaq dünyaya gətirir...