Xəbər lenti
Reklam
“Bu ölkəni iğtişaşlar bürüyəcək” – Zükerberqdən qorxunc proqnoz
   

Feysbuk sosial şəbəkəsinin rəhbəri Mark Zükerberq noyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkiləri nəticəsində ölkədə iğtişaşların başlaya biləcəyini söyləyib.
Bu barədə “Axios”a verdiyi müsahibədə danışıb.
“Mənə elə gəlir ki, səsvermənin nəticələrinin açıqlanması böyük bir narahatlıq riski daşıyır. Zorakılıq riskini azaltmaq üçün əlimizdən gələni etməliyik”, - Zükerberq bildirib.
O, səslərin sayılmasının bir neçə gün, hətta həftələr çəkə biləcəyini də deyib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp rəqibi Co Baydenin seçiləcəyi təqdirdə, inqilab olacağını iddia edib. Onun sözlərinə görə, Bayden prezident seçkilərində qalib gəlsə, ölkədə radikal sol qüvvələr hakimiyyəti ələ keçirəcək. Ağ Ev rəhbəri keçmiş vitse-prezidentin seçkilərə qatılmamalı olduğunu vurğulayıb.
ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Respublikaçılar Partiyası seçkilərə hazırkı prezident Donald Tramp, Demokratlar isə keçmiş vitse-prezident Co Baydenlə gedir. \\Teleqraf
Tarix: 05 sentyabr 2020
Baxış: 308

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş