Xəbər lenti
Reklam
TANINMIŞ BƏSTƏKARIN BÜTÖV AZƏRBAYCAN HƏSRƏTİ

Gender.az bildirir ki, AMİA.AZ saytına eksklüziv müsahibəsində tanınmış bəstəkar, bütöv türk dünyasının sevimlisi Sevinc Tofiqqızının yeni bir uğuru haqqında söhbət açdıq.
GünAz TV-nin Bakı ofisinin məsul nümayəndəsi Araz Obalı ilə apardığı Azərbaycanla bağlı söhbətlərdən ilhamlanaraq "Arazın dərdi var" adlı kompozisiyanı ərsəyə gətirən Sevinc xanımın bu dəyərli əsəri elə ilk dəfə də GünAz TV-nin efirində "Baxmağa nə var" verilişində işıq üzü görüb.

Güney və Quzey Azərbaycanın ayrılığından doğan kədər, iztirab, eləcə də Arazın hər iki tayında olan azərbaycanlıların çəpərlərin götürüləcəyi, qovuşacaqları günə olan ümidini əks etdirən bu kompozisiyanın sözləri publisist, yazıçı, şair, AYB və AJB-nin üzvi "Qızıl qələm" və "Həsən bəy Zərdabi" adına media mükafatı laureatı Əli Vəlioğluna məxsusdur. Əsər əməkdar artist Azad Şükürov tərəfindən səsləndirilmişdir.

Bütün türk dünyasının sevimlisinə çevrilən xarici və daxili gözəlliyi özündə birləşdirən Sevinc xanıma daha böyük uğurlar arzu edirik.
 

 


Tarix: 02 sentyabr 2020
Baxış: 370

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş