Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Baş nazirdən əcnəbilərlə bağlı QƏRAR
 
Nazirlər Kabineti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
Dəyişiklik “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket”lə bağlıdır.
Beləliklə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar artırılır. Bu sıraya əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının peşə təhsili müəssisələrində təhsil aldığı hallar da daxil edilir.\\Axar
Tarix: 27 avqust 2020
Baxış: 210

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş