Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
İranda məscidlərdə matəm mərasimləri QADAĞAN EDİLDİ
 
İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarına əsasən İranın Tehran vilayətinin məscidlərində matəm mərasimləri (məhərrəmlik mərasimləri) qadağan edilib.
Tehran vilayətində koronovirusun güclü şəkildə yayıldığına görə, rəsmilər yeni qərarın icra olunmasını vurğulayıblar. Yeni qərarın elan olunmasına tənqidlər olsa da, İranın dini liderinin İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarlarının yerinə yetirilməsi ilə əlaqədar göstərişini nəzərə alaraq, məscidlərin imamları, təşkilatçılar və məscidlərin nümayəndələri qapalı məkanda Məhərrəm ayında istənilən matəm mərasimləri, hətta qısa zamanda olsa belə, təşkil etməkdən çəkinsinlər. Sadəcə camaat namazını səhiyyə protokolları əsasında qılmaqla kifayətlənsinlər.
Həmçinin açıq məkanları (məscidlərin həyətləri və sairə) olan məscidlərdə matəm mərasimlərinin keçirilməsi səhiyyə protokolları əsasında keçirilə bilər. Buna görə, məscidlərin imamları insanları səhiyyə protokolları ilə əlaqədar məlumatlandırmalıdırlar. \\Teleqraf
Tarix: 22 avqust 2020
Baxış: 338

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş