Altı rayonda və 9 kənddə qaz təchizatı DAYANDIRILIB
Qaz təchizatının bərpası avqustun 21-nə planlaşdırılır
Bu gün Qaz İxrac İdarəsinin balansında olan diametri 720/325 mm olan yüksək təzyiqli “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin mövcud şəbəkəyə birləşdirilməsi, yerüstü kranın quraşdırılması və aşkar olunmuş sızmanın ləğvi işləri icra olunur.
Gender.az bildirir ki, bu barədə “Azəriqaz”dan məlumat verilib. Məlumatda qeyd olunub ki, bu məqsədlə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarında və Yevlax rayonun 9 kəndində qaz təchizatı dayandırılıb. Qaz təchizatının bərpası avqustun 21-nə planlaşdırılır.
Tarix: 21 avqust 2020
Baxış: 308
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş