Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
"Qarabağ"ın sabiq futbolçusu ABŞ-da AKADEMİYA AÇDI
 
ABŞ-ın "Nyu-York Kosmos" klubunun futbolçusu Ansi Aqolli Nyu-York şəhərində futbol akademiyası açıb.
Bu barədə albaniyalı müdafiəçi özünün "Facebook" səhifəsində paylaşım edib.
38 yaşlı sol cinah oyunçusu bu layihəni komanda yoldaşı Bledi Bardiklə birlikdə həyata keçirib. "AB7 Soccer Academy" adlanan akademiya 6 - 14 yaş arası uşaqlar üçün nəzərdə tutulub.
Aqolli akademiyada peşəkar məşqçilərin cəmləşdiyini bildirib.
Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. 38 yaşlı müdafiəçi iyunda komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb. \\Report
Tarix: 19 avqust 2020
Baxış: 319

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş