Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Vilayət Eyvazov Kəramət Böyükçölün ATASINA ZƏNG EDİB
 
Daxili İşlər naziri Vilayət Eyvazov yazıçı Kəramət Böyükçölün atası, şair Qəşəm Nəcəfzadəyə zəng edib.
Gender.az xəbər verir ki, bu barədə Q.Nəcəfzadə özü“Facebook” hesabında paylaşım edib.
V.Eyvazova təşəkkürünü bildirən şair belə yazıb:
“Oğlum Kəramət Böyükçöl içkili olduğuna görə qeyri-etik hərəkətlər etdiyi üçün dünən, ayın 18-də saxlanılmışdı. Bu gün isə sərbəst buraxıldı. Cənab nazir, istedadlı bir gəncə həssaslıqla yanaşdığınıza, onun əsərlərini və publisistik yazılarını dəyərləndirdiyinizə və bu barədə mənə telefon açdığınıza görə sizə təşəkkür edirəm!”.
Xatırladaq ki, K.Böyükçöl məişət zəminində səs-küy yaratdığı üçün qonşuların şikayəti əsasında saxlanılıb.
Tarix: 19 avqust 2020
Baxış: 360

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş