Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Uşaqpulu ilə bağlı QƏRAR VERİLİR - Deputat ŞAD XƏBƏRİ ELAN ETDİ
Uşaqpulu mərhələli şəkildə, yəni əvvəlcə 6-7 yaşına qədər, daha sonra isə 18 yaşına qədər olan şəxslərə verilə bilər. Vətəndaşlara veriləcək uşaq pulu minimum sosial müavinət qədər olmalıdır.
Bu barədə millət vəkili Fazil Mustafa uşaqpulu ilə bağlı məsələnin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması haqda danışarkən deyib. O bildirib ki, uşaq pulu uzun müddətdir aktual olan və vətəndaşlarımızın da tez-tez dilə gətirdiyi sosial məsələdir:
“Bu məsələ Milli Məclisin hər zaman gündəmində olub və qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarıla bilər. Çünki bəzi müzakirələrə ehtiyac var. Xüsusilə adının köhnə qaydada uşaqpulu, yoxsa daha fərqli olacağı, həmçinin hansı yaş qrupuna nə qədər məbləğ veriləcəyi məsələləri müzakirə edilməlidir. Bundan başqa, uşaqlar üçün nəzərdə tutulan yardımın hansı yolla veriləcəyi də müzakirə olunmalıdır. Burada dövlətin mövcud iqtisadi vəziyyəti nəzərə alınmalıdır. Düşünürəm ki, Milli Məclisin payız sessiyasında bu yöndə bir qərar veriləcək”. (Axar.az)
Tarix: 14 avqust 2020
Baxış: 331

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş