Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
“Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov
 

“Yeni Azərbaycan Partiyasının üzvləri televiziyalarda, mətbuatda, o cümlədən sosial şəbəkələrdə çox aktivdirlər”.
Gender.az bildirir ki, bunu Modern.az-ın sualını cavablandırarkən deputat, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, YAP üzvləri bütün platformalarda aktiv çıxışlar edirlər: “Baxın bu gün mətbuatda çıxış edənlər kimlərdir? Hamısı YAP-ın üzvləri, deputatlar, ekspertlərdir. Milli Məclisdə də ən çox təklif verən, çıxış edənlər YAP üzvü olan deputatlardır.  Aktiv gənclərin əksəriyyəti  partiyamızın üzvləridir. Bəlkə də mətbuata məlum deyil, amma sosial şəbəkələrin qeydiyyatını aparıblar. Məlum olub ki, 500 minə yaxın YAP üzvü sosial şəbəkələrdə aktivdir”.
Hakim partiyanın üzvlərinin fəaliyyətinin koordinasiya məsələsinə gəlincə, YAP rəsmisi vurğulayıb ki, partiya fəallarının hər birinin istiqaməti, yolu, tapşırıqları var: “Elə bilirsiniz, onların fəaliyyətini başlı-başına buraxmışıq? Hamısının öz istiqaməti var. Xüsusilə bizim gənclərdən aktiv, məqsədli gənc yoxdur”.
Tarix: 12 avqust 2020
Baxış: 394

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş