Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Kəlbəcərin deputatı 6 yaşlı Cavidi əməliyyatdan sonra ziyarət edib – FOTOLAR
 
Kəlbəcər rayonundan məcburi köçkün ailəsinin 6 yaşlı üzvü Cavidin üzərində ağır cərrahiyyə əməlliyyatı həyata keçirilib. Belə ki, böyrək çatışmazlığından əziyyət çəkən balaca Cavidin hər iki böyrəyi üzərində cərrahi əməliyyat aparılıb.Kəlbəcər rayonundan seçilmiş deputat Aqil Məmmədov hazırda xəstəxanada müalicəsi davam etdirilən Cavidi  ziyarət edib. Əməliyyat günü də Cavidə baş çəkən millət vəkili hazırda onun səhhətinin yaxşı olduğunu qeyd edib: “İnşallah, Cavid tezliklə tam sağlamlığına qovuşaq. Gələn il Cavid birinci sinifə gedəcək. Biz də həmin vaxt gəlib Cavidi təbrik edəcəyik, onunla məktəbə birlikdə gedəcəyik”.
Valideynləri Cavidə göstərdiyi diqqətə görə millət vəkili A.Məmmədova minnətdarlıqlarını bildiriblər.
 
 
Tarix: 12 avqust 2020
Baxış: 307

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş