Xəbər lenti
Reklam
Bu il Məhərrəmlik mərasimləri necə keçiriləcək?

Gələn həftə, avqustun 21-də Məhərrəm ayı başlayır.
Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u Aşura günüdür.
Hər il Aşura günü müsəlmanlar məscidlərə gedərək bəzi dini ayinləri yerinə yetirir və qanvermə aksiyalarında iştirak edir.
Lakin bu il bütün dünyada, eləcə də Azərbaycanda koronavirus pandemiyası davam edir və bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə fəaliyyət göstərən məscidlər bağlanıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.
Maraqlıdır, belə bir durumda bu il üçün Məhərrəmlik mərasimləri keçiriləcəkmi?
 
Bu gündən etibarən sərt karantin rejimi ilə bağlı bəzi yumşalmalar edilsə də, məscidlərin açılması gündəm mövzusu olmadı. Hətta Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Qərargahın brifinqində çıxışı zamanı  məscidlərin açılması məsələsinin hələlik müzakirə olunmadığını deyib: "Bu il xüsusi ildir. Əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik”.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə "Report”a açıqlamasında bildirib ki, Məhərrəmlik mərasimlərinin hansısa formada keçirilib-kiçirilməməsi məsələsi hələ müzakirə olunur:
"Müzakirələrin yekununda videokonfrans formatında görüş keçiriləcək və qərar qəbul edilərək ictimaiyyətə açıqlanacaq”.
Xatırladılıb ki, bu il COVID-19-a görə məscidlər açıq olmadığından iyulun 31-də Qurban bayramı namazı məscidlərdə qılınmadı.
Məlumat üçün bildirilir ki, sentyabrın 19-da başlayacaq Səfər ayı oktyabrın 19-da başa çatacaq.\\Oxu24
Tarix: 10 avqust 2020
Baxış: 328

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş