Xəbər lenti
Reklam
Azərbaycanda balıq ovu QADAĞAN EDİLDİ - Bu qərar balıq sənayesi sektoruna necə təsir edəcək?

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2024-cü ildən etibarən sənaye balıq ovuna moratorium qüvvəyə minir.
Sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qadağa sentyabrın 1-dək davam edəcək.

Qadağanın məqsədi, balıq sektoruna təsiri haqqında ekoloq Rövşən Abbasov Referans.Az-a verdiyi açıqlamasında danışıb.


“Balıq ovuna qadağa qoyulmasının əsas səbəbi son 20 ildə Azərbaycanda balıq istehsalının kəskin azalmasıdır, demək olar ki, heç olmamasıdır. Xüsusən də, bu nərə və kilkə balıqlarına aiddir. Düzdür, bu balıqların azalmasına təkcə ov təsir etmir, digər məsələlər də təsir edir. Məsələn, balıqların kürü tökmə yerlərinin yoxa çıxması, dənizin temperaturunun artması, beləliklə də, dənizdə həll olmuş oksigenin azalması və s.”.
Ekoloq bildirir ki, Xəzər dənizində balıq populyasiyalarının ümumi miqdarına təsir edən amillər həddindən artıq çoxdur. Bunlardan ən başlıcası Xəzərdə yaşayan balıq növlərinin yem bazasına ciddi ziyan vuran orqanizm və dənizin çirklənməsidir.

“İnanıram ki, bu qadağa olduqca müsbət bir addımdır. Gələcəkdə həm də Xəzərə tökülən çayların ekoloji axınının bərpa olunmasının vacib olduğunu da hesab edirəm. Bu zaman balıqların kürü tökmə yerləri də sağlam olacaq ki, bu da balıq sənayesinin inkişafına öz töhfəsini verəcək”.
 

Fidan Vəlisoy 

Tarix: 04 aprel 2024
Baxış: 42

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş