Xəbər lenti
Reklam
Yaxın 3 gündə inanılmaz hadisələr baş verəcək! - PROQNOZ

Venera ilə Pluton arasında bucaq yaranacaq. 
Bu haqda məhşur astroloq Dinçer Güner açıqlama verib. O bildirib ki, həmin prosesin müddəti 3 gündür. Bu müddət ərzində 12 bürcün başına gözlənilməz hadisələr gələ bilər. 
Proqnoza əsasən, bu bucaq emosional bağların güclənməsinə və dərinləşməsinə imkan verir. Münasibətlərdə tərəfdaşınızla daha dərin anlaşma əldə edə bilərsiniz. Diqqət tələb edən emosional bağlılıqlar ola bilər. Əgər subaysınızsa, kiminləsə tanış olsanız, onu ağlınızdan çıxara bilməyəcəksiniz. Gizli münasibətlərə başlamaq ehtimalı yüksəkdir. Ancaq astroloq xəbərdarlıq edir ki, bu münasibətlər evil, ya da münasibəti ciddi olan şəxslərlə olmasa daha yaxşıdır. Həmçinin, investisiya imkanları, borcların idarə edilməsi və maliyyə inkişafı da ön plana çıxa bilər. Bu dövrdə bəzi maliyyə imkanları yarana, gəlir mənbələri arta bilər. 
Qeyd edək ki, fiziki cəhətdən dəyişmək, yeni obraz, yeni rənglər, yeni modellər sınamaq üçün əlverişli zamandır. \\Yenisabah.az 

Tarix: 04 aprel 2024
Baxış: 77

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş