Xəbər lenti
Reklam
Ermənistanın bir milyarderi var - O da DTX təcridxanasında

Ermənistan milyarderi, separatçı Ruben Vardanyanın sərvəti bir ildə 100 milyon dollar azalıb.
Gender.Az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, dollar milyarderlərinin 38-ci qlobal reytinqində o, 1,1 milyard dollar sərvəti ilə 2545-ci yeri tutub.
Ötən il isə 1,2 milyard dollar sərvəti ilə Vardanyan, reytinqdə 2259-cu idi.
Qeyd edək ki, Vardanyan “Forbes”in qlobal reytinqində Ermənistandan olan yeganə milyarderdir. Buna səbəb onun 2021-ci ildə Ermənistan pasportu alması, 2022-ci ildə isə Rusiya pasportundan imtina etməsidir. Bundan əvvəl Amerika jurnalı Vardanyanı rus milyarderləri sırasına daxil etmişdi.
Xatırladaq ki, Ruben Vardanyan hazırda DTX-da aparılan cinayət işi üzrə İstintaq təcridxanasında məhkəməsini gözləyir.

Tarix: 02 aprel 2024
Baxış: 69

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş