Xəbər lenti
Reklam
25 minə Memarlıq Universtetinə tələbə düzəldən qadın həbs edildi

Azərbaycan Memarlıq və İnşaat Universtetinə 25 min manata tələbə qəbul etdirən qadına hökm oxunub. 
1981-ci il tarixdə Gürcüstanın Marneuli rayonunda anadan olmuş Ülviyyə Abbasova 2008-ci ildə sözügedən universteti bitirdikdən sonra orada lobarant vəzifəsində işləyib. 
Belə ki, Ülviyyə Abbasova 25 min manata Qəhrəman Süleymanovun qəbul imtahanında topladığı balı artıra biləcəyini və sonuncunu Azərbaycan Memarlıq və İnşaat Universtetinə tələbə kimi qəbul elətdirəcəyinə inandıraraq, onun yaxınından 14900 manat pul alıb. Qalan vəsaiti isə iş həll olunandan sonra alacağını bildirib. Ülviyyə Abbasova zərərçəkmişi aldadaraq pulları şəxsi ehtiyaclarına xərcləyib.
Bundan başqa təqsirləndirilən qadın əlillik təqaüdünü bərpa edilməsinə köməklik edəcəyinə dair yalan vəd verərək bir neçə şəxsin hər birindən 2290 manat pul alaraq mənimsəyib. 
Məhkəmənin qərarı ilə Ülviyyə Abbasova Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.  \\Qaynarinfo.Az

Tarix: 26 fevral 2024
Baxış: 99

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş