Xəbər lenti
Reklam
“Şagirdlərin uşaqlıq etməyə, oynamağa vaxtı qalmalıdır” – PROFESSOR

Son illər şagirdlərin dərs yükünün artması paralel olaraq onların məktəbli çantalarının ağırlaşmasına səbəb olur. Valideynlərin əksəriyyəti bu məsələdən narazıdır. Sözügedən problem mediada müəyyən vaxtlarda işıqlandırılsa da, həlli istiqamətində kəsərli addım atılmır.

Gender.Az
əməkdar elm xadimi, professor Şahlar Əsgərov mövzu ilə bağlı düşüncələrini Bizim.Media ilə bölüşüb.

O qeyd edib ki, problemi həll etmək üçün sadəcə məntiq lazımdır:

“Məsələn, minik maşını 4 nəfər üçün nəzərdə tutulub. Həmin avtomobildə 6 nəfərin oturması əyləşən şəxslərin əziyyətinə səbəb olur.

İnsan da belədir. Hər bir şagirdin yükgötürmə qabiliyyəti var. Həmin çəkidən artıq yükü şagirdə vermək ona əziyyətdir. Proqram elə tutulmalıdır ki, şagirdlər əziyyət çəkməsin. Şagirdlərin uşaqlıq etməyə, oynamağa vaxtı qalmalıdır.

Aidiyyəti qurumlar uşaqların belinə yükü yığmaqla onları məhv edir.

Təhsil prosesinin əsadlandığı elmlər pedaqogika və psixologiyadır. Azərbaycanda bu elmlər təmsil olunmur. Məktəblərin taleyi hüquqşünasların, maliyyəçilərin, iqtisadçıların əlində qalıb. Onlar da prosesi bilmirlər. Uşaqları artıq yükləməklə, deməli, öyrənməkləri üçün yox, öyrənməməkləri üçün çalışırlar”.  
Tarix: 09 noyabr 2023
Baxış: 141

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş