Xəbər lenti
Reklam
Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 
Gender.Az-ın verdiyi məlumata görə, qurumun mətbuat katibi Xanlar Xanlarzadə Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sual Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlanmayıb:



“Qeyd olunan sualın DİM-in test bankına aidiyyəti yoxdur. Sadəcə bizimlə dəqiqləşdirmə aparılmadan paylaşıblar”.
Qeyd edək ki, sosial şəbəkələrdə özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanında müğənni Hissin “Mars” adlı mahnısındakı “mahnılarım qızıldır, paslanmır” sözləri yer alıb.


Sözügedən sual müzakirələrə səbəb olub.
Bildirilib ki, onlar nə üçün tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edildiyini soruşublar.
İddia edilib ki, həmin suallar Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlanıb.


Tarix: 02 noyabr 2023
Baxış: 129

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş